​"NATO sərhədimizə 12 minlik ordu toplayıb" - RUS GENERAL

Baxış sayı:
5791

NATO-nun Şərqi Avropadakı qoşunlarının sayı hazırda 12 min nəfərdir.
 
Muxalifət.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. Onun sözlərinə görə, KTMT-yə ən böyük təhdidlərdən biri Ukraynadakı gərgin vəziyyətdir.
 
O, Şərqi Avropada NATO qüvvələrinin sayının artmasını Rusiya və Belarusa təhdid adlandırıb./axar.az/