NATO Rusiyaya qarşı hazırlaşır

Baxış sayı:
2398

NATO-nun baş katibi Jens Stoltenberg Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsinin öhdəliklərini 2 avqusta qədər yerinə yetirmədiyi təqdirdə, ittifaqın tədbir görəcəyini bəyan edib.
 
NATO Müdafiə Nazirləri Yığıncağının ilk gün keçirilən iclaslarından sonra mətbuat konfransı təşkil edən Stoltenberg, Rusiyanın INF Müqaviləsini pozmasının ciddi bir təhlükəsizlik təhdidi olduğunu ifadə edib.
Stoltenberg Rusiyanın 2 avqusta qədər müqavilənin öhdəliklərini yerinə yetirəcəyinə dair müsbət siqnal vermədiyini, buna görə də NATO-nun "INF-siz bir dünyaya hazırlanması" lazım olduğunu bildirib. 
NATO-nun təpkisinin "ölçülü və müdafiə mərkəzli" olacağını qeyd edən Stoltenberg, ittifaqın Avropada qurudan atılan yeni nüvə raketlər yerləşdirmə niyyətində olmadığını açıqlayıb.
Stoltenberg ittifaqın müdafiə və caydırıcı gücünü qoruması lazım olduğuna işarə edərək "Müdafiə nazirləri hərbi təlimlər, kəşfiyyat, qarovul və kəşfiyyat qabiliyyətlərinin inkişaf etdirməsini ehtiva edən bəzi tədbirləri müzakirə edib" deyə söyləyib.
Müdafiə nazirlərinin eyni zamanda hava və raketdən müdafiə ilə konvansiyonal qabiliyyətlərini nəzərdən keçirmə qərarı verdiklərinin deyən Stoltenberg, ittifaqın nüvə daşındırıcılığı fəaliyyətini qoruma mövzusunda da qərarlı olduğunu qeyd edib.
Müxalifət.az