"NATO Rusiyanın raket yerləşdirməsinə cavab verəcək" - Stoltenberq

Baxış sayı:
3039

NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Şimali Atlantika Alyansı Rusiyanın nüvə başlıqlı raketlərinin Avropada yerləşdirilməsinə cavab verəcək. Bu barədə «Yevropeyskaya pravda» nəşri xəbər verib.

«Söhbət SSC-8-dən («İskəndər» opertiv-taktiki kompleksləri - Red.) gedərkən, biz, HHM sistemləri və raket əleyhinə müdafiə, adi silahlar üzərində nəzarət, döyüş qabiliyyətliliyin qaldırılması və xəbərdarlıq müddətinin uzadılması üzərində işləyəcəyik» - Stoltenberq bəyan edib.

NATO ölkələri müdafiə nazirləri artıq uyğun addımları razılaşdırıblar. «SSC qanadlı raketləri yerləşdirməklə, Rusiya orta və qısa mənzilli raketlər barədə müqaviləni pozub. Bu, Rusiya strategiyasının bir hissəsidir - əhəmiyyətli vəsaitlərin yeni müasir imkanlara - müasir nüvə silahlarına yatırılması» - Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO-nun cavab addımları alyansın müdafiəsinə yönəlik adekvat olacaq.

Stoltenberq həm də qeyd edib ki, NATO Avropada yeni yer-yer mənzilli nüvə raketləri yerləşdirmək niyyətində deyil. Onun sözlərinə görə, digər məqsəd silahlar üzərində nəzarətin möhkəmləndirilməsidir.