​NATO: Rusiya ordusu daha da güclənir

Baxış sayı:
2281

Rusiya ordusunu gücləndirmək məsələsində olduqca qərarlıdırlar və silahlı qüvvələrini daha da modernləşdirir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı NATO-nun Avropadakı Qoşunlarının rəhbəri Kertis Skaparotti “Skay Nyus”a verdiyi açıqlamasında deyib. O, rus ordusunun getdikcə güclənməsini unutmamaq lazım olduğunu vurğulayıb:
"Əlbəttə, bu bizim üçün sürpriz deyil, ancaq buna diqqət etməliyik. Ordu məsələsində liderlik etmək üçün imkanlarımızı və təlimlərimizi artırmalıyıq. NATO oktyabr ayının sonlarında “Trident Juncture-2018” adlandırdığı geniş təlimlərə başlayacaq. Bizim keçirdiyimiz təlimlər Rusiya və müttəfiqlərinin təlimlərindən fərqli olaraq, açıq və şəffafdır".