NATO qalmaqalından sonra DAHA BİR RƏZALƏT

NATO təlimində baş verən qalmaqalın ardından yeni detallar ortalığa çıxıb.
 
Ərdoğanın adından NATO əleyhində saxta mesajların Kürd əsilli Norveç vətəndaşı olan bir kompüter mütəxəssisi tərəfindən göndərildiyi və bu adamın vəzifəsinə dərhal son verildiyi bildirilsə də, istintaq getdikcə işin içərisində Macar vətəndaşı olan bir başqa kompüter mütəxəssisinin də olduğu ortaya çıxıb. Bəlli olub ki, prezident Ərdoğanın adına açılan saxta hesabdan gedən mesajları Kürd əsilli Norveç vətəndaşı yazmış, Atatürkün şəkilini düşmən liderlər arasına da xanım olan bu macar kompüterçi yerləşdirib.
Açılan istintaq çərçivəsində ifadə verən macar kompüterçi, "Düşmən liderlər arasına qoyduğu fotoşəkilin kimə məxsus olduğunu bilmədiyini" deməklə, aradan çıxıb. Məhz bu ifadəsinə görə də, macar qadın hələ də işində qalmaqda davam edir. Hansı ki, NATO baş katibi bu işdə əli olan olan bütün şəxslərin işdən azad olduğunu və məsuliyyətə cəlb olunacaqlarını demişdi.
Müxalifət.az