​"NATO-nun S-400 razılaşmasına qarışmağa haqqı yoxdur"

NATO Rusiyadan Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin gətirilməsinə əngəl ola bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sözçüsü Murad Baybatur bildirib.
Baybatur NATO-nun sözügedən məsələyə qarışmaq haqqının olmadığını, ittifaqa üzv olan digər ölkələrin də NATO xaricində istehsal olunan sistemlərdən istifadə etdiyini vurğulayıb.