​NATO-nun KABUSU AÇIQLANDI: “Kalibr”, “İsgəndər”...

Baxış sayı:
1168

NATO üçün kabus Kalininqradın dişinə qədər silahlanmasıdır.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə çıxış edən ABŞ-ın “Nəşnl İnterest” jurnalı Rusiya raketləri və donanmasının ABŞ və Avropa qüvvələrinin fəaliyyət zonasını daraltdığını bildirib. Belə ki, Avropaya hələlik ən böyük təhdidin “İsgəndər M” raketlərindən gəldiyi vurğulanıb. Bu raketlərin Polşa və Baltikyanı ölkələrin hərbi-dəniz obyektlərinə dəqiq zərbələr endirə biləcəyi açıqlanıb.
“NATO hələlik bu regionda Rusiyaya qarşı dayanmaq üçün kifayət qədər imkanlara sahib deyil. Yerüstü raketlərlə bərabər, Rusiyanın Hərbi Kosmik Qüvvələrinə aid X-55 və X-101 raketləri də mövcuddur. Onların sayı haqqında hələlik dəqiq məlumat yoxdur. Bilinən əsas məsələ bu raketin Polşanın istənilən nöqtəsinə zərbə endirmək gücünün olmasıdır.
Moskva Kalininqradda həmçinin donanma saxlayır. Bu donanmada kiçik artilleriya gəmiləri var ki, onlar da Suriyada sınaqdan keçirilən “Kalibr” raketləri ilə təchiz olunur”.
“Nəşnl İnterest” həmçinin yayımladığı məqalənin sonunda Kalininqradı əhatə edən ölkələrin hələlik Rusiyaya müqavimət imkanlarının olmadığını deyir. Belə ki, Baltik dənizində yaranan hər hansı müharibə zamanı burada qüvvələr balansı Rusiyanın xeyrinə olacaq.