NATO-nun baş katibi: “Rusiya ilə “soyuq müharibə”..."

 
“Şimali Atlantika İttifaqı Rusiya ilə “soyuq müharibə” istəmir”.
Muxalifet.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Söhbət hərbi təlimlərdən gedirsə, biz Rusiya tərəfindən şəffaflığın olmamasından narahatıq. Rusiya bizim qonşumuzdur, biz Rusiyanı təcrid etmək istəmirik, biz yeni “soyuq müharibə”ni istəmirik”, - “Polşa” radiosu Stoltenberqin Buxarestdə NATO Parlament Assmbleyasının sessiyasında səslənmiş sözlərini sitat gətirib.
İttifaqın başçısı həmçinin qeyd edib ki, Rusiya ilə münasibətlər NATO-nun 2018-ci ildə Brüsseldə keçiriləcək sammitinin çağırışına daxil edilib.