NATO-nun baş katibi: "Alyansa üzv olmaq üçün Gürcüstana dəstək oluruq"

Baxış sayı:
5487

"Qara dəniz regionu Gürcüstan üçün çox önəmlidir. Bizim burada üç ölkəmiz, Türkiyə, Rumıniya və Bolqarıstan həmçinin iki önəmli müttəfiqimiz - Ukrayna və Gürcüstan var".
Muxalifet.az  24News.ge saytına istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltonberq Alyansın Xarici İşlər Nazirlərinin görüşündə bildirib. 

Y.Stoltonberq qeyd edib ki, NATO Qara dəniz regionunda tərəfdaşlığın artırılması üçün fəaliyyət göstərir.
O əlavə edib ki, Alyans Gürcüstanın qəbulu üçün bu ölkəyə köməkliklər edir və əsas dəstəkçisidir: "Biz Gürcüstanın hərbi özünümdafiə sahəsində islahatlar üçün köməklik edirik",- deyə Baş katib əlavə edib.
Muxalifet.az