NATO-nun “Axilles dabanında” HƏRBİ TƏLİM – Rusiya bu dəhlizi tuta bilər

Litvada və Polşada yerləşdirilən NATO-nun hərbi qulluqçuları gələn həftə “Suvalkovski dəhlizi”nin müdafiəsi üzrə təlimlər keçirəcəklər.
 
Litvanın “Delfi” agentliyi xəbər verir ki, 17-19 iyun tarixlərində keçiriləcək təlimlərdə təxminən 1500 Litva, Polşa, Britaniya və Amerika əsgəri iştirak edəcək.
Təlimlərə ağır hərbi texnika və vertolyotları cəlb ediləcək. Bu, “Dəmir Canavarı 2017” (Gelezinis Vilkas 2017) beynəlxalq təlimlərin bir hissəsidir.
Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski dəhlizi”nin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər “Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı adlandırırlar.