NATO-nu məmnun edən imza!

Baxış sayı:
6268

ABŞ prezidenti Donald Tramp ilə Polşa prezidenti Andrzej Duda ABŞ-ın bu ölkədəki əsgər sayını artıracaq yeni müdafiə razılaşmasını imzalayıb. Tramp ilə Duda Ağ Evdə reallaşan görüşdən sonra mətbuata açıq olaraq ABŞ-ın bu ölkədəki əsgər sayını artıracaq yeni müdafiə razılaşmasını imzalayıb. Razılaşmanın imzalanmasından sonra ortaq mətbuat konfransı təşkil edən iki lider, başda ABŞ-Polşa əlaqələri olmaqla, bir çox mövzuda açıqlama verib. Yığıncaqdan qısa müddət əvvəl eyni mövzu ilə bağlı etdiyi açıqlamada, "Polşaya əlavə 2 min əsgər göndərməyi müzakirə etdiklərini" qeyd edən Tramp, ortaq mətbuat konfransında isə razılaşmada "bu ölkəyə müvəqqəti min civarında əsgər göndərəcəklərinin" qeyd olunduğu açıqlyıb. Tramp ayrıca, Polşanın ABŞ-a 30-dan çox F-35 döyüş təyyarəsi sifariş etdiyini və bundan böyük məmnuniyyət duydiğunu dilə gətirib. Tramp bundan başqa, Polşanın Amerikan firmalarından əlavə 8 milyard dollarlıq mayeləşdirilmiş təbii qaz alma mövzusunda da razılaşma əldə etdiklərini açıqlayıb. Söz mövzusu yeni razılaşmalarla iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətli şəkildə artacağını qeyd edən Tramp, NATO çətiri altında güclü bir Polşanın ittifaqın gələcəyi üçün qiymətli olduğunu vurğulayıb. Digər tərəfdən, Duda ona verilən "Rusiyanı dost, yoxsa düşmən olaraq görürsünüz" şəklindəki bir sualı cavablandırmayaraq Trampa buraxıb. Tramp isə vəziyyətdən çıxmaq üçün "Ümid edirəm Polşanın Rusiya ilə möcüzə əlaqələri olar. Ümid edirəm bizim də Rusiya ilə yaxşı əlaqələrimiz olar" deyə sualı cavablandırıb. Qeyd edək ki, Rusiyanın Krımı qeyri-qanuni ilhaqından sonra 2016-da edilən razılaşma nəticəsində ABŞ Polşaya bir miqdar əsgər göndərmişdi. Polşa prezidenti Duda daha əvvəl ölkəsində daimi bir Amerikan bazası açmağı və bu bazaya "Fort Trump" adını verməyi təklif etdiklərini açıqlamışdı. NATO-nun baş katibi Jens Stoltenberg ABŞ-ın Polşada hərbi varlığını artırma qərarını məmnuniyyətlə qarşıladığını ifadə edərək "Bu ABŞ-ın Avropanın təhlükəsizliyinə olan qərarlı bağlılığını və transatlantik əlaqələrin möhkəmliyini ortaya qoymaqdadır" deyə açıqlama verib. Stoltenberg Twitter hesabından etdiyi paylaşmada, NATO-nun hal-hazırda Polşada güclü bir varlığının olduğunu xatırladıb. Müxalifət.az