"NATO-nu BURAXIB, YENİ AVROPA ORDUSU YARADIRLAR"

Sərdar Cəlaloğlu: “Tükiyəni Avropa Birliyinə qəbul etmirlərsə, NATO-da qalması da problemlər yaradır”
 
“Avropa Birliyi Türkiyəni Avropanın hərbi güclərindən kənarda saxlamaq məqsədi güdür”

Uzun sürən müzakirələrdən sonra 23 Avropa ölkəsi Vahid Avropa Ordusunun yaradılması haqqında anlaşma imzalayıb. Vahid Avropa Ordusunun yardılması haqqında anlaşmanı bu ölkələr imzalayıb: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya , İspaniya və İsveç.
Qeyd edək ki, 23 ölkənin yaratdığı Vahid Avropa Ordusunun büdcəsi 5 milyard avro (5.8 milyard dollar) nəzərdə tutulub.  Bildirilir ki, Avropa Birliyi liderləri dekabr ayında vahid ordunun yaradılması üçün hüquqi çərivədə saziş imzalayacaq. Gələcəkdə digər Avropa ölklərinin də anlaşmanı imzalaması gözlənilir.
Vahid Avropa Ordusunun yaradılması qərarını Almaniya xarici işlər naziri Sigmar Gabriel “Avropanın inkişafında bir mərhələ” hesab edib.
 
“Məqsəd NATO-nu buraxmaqdır”
 
Vahid Avropa Ordusunun yaradılması qərarına münasibətinin ifadə edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Hurriyyet.org-a bildirdi ki, belə bir ordunun yaradılması İngiltərənin Avropa Birliyindən çıxması, Türkiyənin isə Avropa ilə bəzi siyasi məsələlərdə ziddiyyətə girməsi ilə bağlıdır: “Çünki NATO-da Türkiyənin də, Avropa ölkərinin də qoşunları var. Bununla Avropa Birliyi Bu onu göstərir ki, NATO-nu buarxacaqlar. Türkiyəni Avropanın hərbi güclərindən kənarda saxlamaq məqsədi güdür. Bir halda ki, onlar Türkiyəni Avropa Birliyinə qəbul etmirlər, bu yolla da hərbi ittifaqdan çıxardırlar. Yoxsa NATO olduğu halda, NATO-nun funksiyalarını yerinə yetirəcək orduya nə ehtiyac var idi?! Ancaq məqsəd NATO-nu buraxmaqdır. Çünki Avropa ölkəri Türkiyənin Avropaya inteqrasiyasının əleyinədir. Hələlik Türkiyə ancaq Avropa Şurasının və NATO-nun üzvüdür. Tükiyəni Avropa Birliyinə qəbul etmirlərsə, hərbi birlikdə qalması da problemlər yaradır. Ona görə də NATO-nu buraxıb, yeni bir ordu yaradırlar. Əslində, NATO Varşava müqaviləsi qoşunlarının əleyhinə yaradılmış bir təşkilatdır. Artıq o qoşunlar da ləğv olub. Varşava müqaviləsi ölkələri dağılıb, heç bir qüvvəsi yoxdur. NATO-da bir qədər islahatlar həyata keçirdilər. Görünür, NATO-da keçirilən islahatlar NATO-nu yaşatmağa imkan  vermir. Ona görə də yeni bir Avropa ordusu yaradırlar. İkincisi də əvvəllər Amerika NATO-nu malliyələşdirirdi, indi maliyyləşdirmir. Bu da səbəblərdən biridir”.
 
“Türkiyənin güclənməsi Qərbin maraqlarına uyğun deyil”
 
“ABŞ rəsmilərinin Türkiyənin “S-400” zenit-raket kompleksi almasına etiraz olaraq NATO-nun texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq” fikrinə Cəlaloğlu belə cavab verdi: “Türkiyənin həm iqtisadi, həm hərbi, həm də diplomatik cəhətədən özünü müdafiə etməsi Qərbin bəzi ölkələrinin maraqlarına uyğun deyil. Çünki Türkiyə yeni bir dünya gücü, geopolitik güc kimi meydana çıxdıqca müəyyən bölgələrdə Avropa dövlətlərinin maraqları təhlükəyə düşür. Ona görə, Türkiyənin güclənməsinə, inkişaf etməsinə və müstəqil siyasət aparmasına, suveren dövlət olmasına qıcıqla yanaşırlar. Rusiyadan alınan “S-400” raket sistemləri də o mənada qıcıq yaradır, yoxsa NATO-da ondan da güclü silahlar var. Təbii ki, Türkiyə NATO ilə əməkdaşlıq edirsə, o silahları NATO-ya qarşı yönəltməyəcək. Ümumiyyətlə, bütünlükdə Türkiyənin güclənməsi Avropa ölkələrinin maraqlarına  uyğun deyil. Ona gör də hər bi şeyi bəhanə edib Türkiyə ilə münasibətləri gərginləşdirirlər”./Hurriyyet.org/