"NATO ən müasir dronları sərhədimizə yığır" - LUKAŞENKO
16-06-2017 08:47
Minski təkcə NATO qoşunları yox, həm də NATO pilotsuz aparatlarının Belarus sərhədində yerləşdirilməsi narahat edir.
Muxalifet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin təhlükəsizlik şurası rəhbərləri ilə görüşü zamanı deyib.
“Sərhədimizdə ən müasir pilotsuz aparatlar yerləşdirilib. Onlar əsl təyyarələr kimi böyükdürlər. Bunlar zərbə pilotsuz aparatlarıdır”, - deyə o bildirib.