“NATO HƏFTƏSİ” keçirən Ermənistanda müharibə qorxusu: "Qafqazda müharibə başlasa, Türkiyənin qələbəsiylə bitəcək" - TƏHLİL

Baxış sayı:
11425

Aram Amatuni

“1in.am”, Ermənistan, 12 mart 2019-cu il

Ermənistanda start götürən NATO həftəsi çərçivəsində İrəvanda keçirilən mətbuat konfransında təşkilatın Baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay bəyan edib ki, Şimali Atlantika alyansı Qafqaz regionunda sülhün olmasında maraqlıdır və NATO bütün tərəflərə bildirir ki, Dağlıq Qarabağ (mətndə Artsax kimi göstərilib – tərc.) probleminin hərbi həlli yoxdur.

NATO Baş katibinin xüsusi nümayəndəsinin bu bəyənatı Ermənistandakı NATO həftəsinə paralel olaraq beynəlxalq birliyə lazımi xəbərdarlıq etmədən irimiqyaslı hərbi təlim keçirən Azərbaycana faktiki xəbərdarlıqdır.

NATO-nun Qafqaz regionunda sülh və sabitliyə marağı, şübhəsiz, humanist və sülhpərvər ideyalarla şərtlənmir. “Yalnız humanist və sülhpərvər ideyalarla deyil, tamamilə siyasi rasional səbəblərlə şərtlənir” demək daha düzgün olardı.

Qafqazın əslində yalnız Yaxın Şərq olmaması, yaxında yerləşməsi – Avro-Atlantik məkana həmsərhəd olması, öz siyasi mahiyyətinə görə de-fakto bu məkanın bir hissəsi olması da nəzərə alınarsa, regionda sülhün təhdid olunması bütün təhlükəsizlik sisteminin pozulmasına gətirib çıxaracaq.

Qafqazda müharibə Avropada müharibə, özü də birbaşa Türkiyə və Rusiyanın iştirak etdiyi müharibə deməkdir.

Bununla birlikdə, bu müharibə ya Avro-Atlantik məkanın sərhəddində sonsuz xaosla davam edəcək, ya da, böyük ehtimalla, Türkiyənin qələbəsiylə bitəcək.

Türkiyə NATO üzvü olsa da, alyans üzvlüyü nəzərə alınarsa, bu qələbə NATO üzərində qələbə olacaq. Bu mənada, Qafqazda müharibə NATO üçün tələ olacaq və Avro-Atlantik birliyi birbaşa burnunun ucunda Rusiyaya qalib gəlmiş Türkiyə əldə etmiş olacaq. Və Ankara Uzaq Şərq və Çinədək olan iqtisadi-siyasi məkanda de-fakto sərəncam vermək hüququ qazanacaq.

NATO, böyük hesabla, bu perspektivlərin qarşısının “institusional” olaraq alınması üçün bir tərəfdən KTMT üzvü olan Ermənistanla əməkdaşlıq edir, digər tərəfdən də Ermənistanın şimal qonşusu olan Gürcüstanda öz infrastruktur dayaq nöqtələrini formalaşdırır.

Bu mənada, Ermənistan Qafqazda NATO-nun timsalında etibarlı sülh müttəfiqinə malikdir. Lakin Şimali Atlantika alyansı, ən azı, Gürcüstanda öz institusional mövcudluğunu təmin etmədən, şübhəsiz, şəksiz sülh təminatçısı ola bilməz. Bununla birlikdə, siyasi önləmə məntiqi nöqteyi-nəzərindən, NATO mühüm tərəfdaşdır.

Tərcümə Strateq.az-ındır