NATO helikopteri qəzaya uğradı: Ölən və yaralananlar var

Əfqanıstanın Loqar vilayətində NATO qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, qəza nəticəsində 1 amerikalı əsgər ölüb, 6-sı yaralanıb.
Yaralı əsgərlərin durumlarının yaxşı olduğu, qəzaya səbəb terror aktının olmadığı bildirilib.
Loqar valisi Məhəmməd Həlim hadisə ilə bağlı açıqlamasında NATO helikopterinin Talibana qarşı hava əməliyyatı zamanı baş verdiyini bildirib.
Taliban isə helikopteri özlərinin vurduqlarını və hadisədə 43 nəfərin öldüyünü bəyan edib.