​NATO gəmiləri Gürcüstan sularında

Baxış sayı:
6901

NATO-nun hərbi gəmiləri Gürcüstanın Qara dənizdəki ərazi sularına daxil olub.
Muxalifet.az  xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Gəmilər mayın 18-ə kimi Poti limanında qalacaq və Gürcüstan hərbi dəniz qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak edəcək.
NATO gəmilərindən ibarət qrup dörd ölkə - Bolqarıstan, Rumıniya, Böyük Britaniya və Türkiyənin hərbi dəniz donanmasına aiddir.