NATO düyməyə basdı: 45 min əsgər HƏRƏKƏTƏ KEÇDİ

Baxış sayı:
6394

NATO ölkələrinin Rusiya sərhədində təlim keçirəcəyi açıqlanıb. 45 min əsgərlə keçirilməsi planlaşdırılan hərbi təlimin, payızda keçiriləcəyi qeyd olunub.
 
Rusiya sərhədində keçiriləcək hərbi təlimlərə onlarca döyüş gəmisi və təyyarənin da qatılacağını bildirən ABŞ Dəniz Piyadaları Komandanı general Robert B. Neller, "Soyuq müharibənin zirvəsində “Trident Juncture” adı altında keçiriləndən bu yana ən böyük təlim olacaq" deyib.
 
SON ZAMANLARIN ƏN BÖYÜK TƏLİMİ OLACAQ
 
ABŞ Nümayəndələr Palatasındakı sessiyada çıxış edən Neller, "Qarşıdakı payızda, oktyabr ayında, amfibiyalarin iştirakı ilə NATO-nun böyük təlimi olacaq. Yəqin ki, soyuq müharibənin zirvəsində “Trident Juncture” adı altında keçirilən ən böyük təlim olacaq" deyib.
 
RUSİYA TƏRƏFİNDƏN TƏŞƏBBÜS OLACAQDIR
 
General, onlarca döyüş gəmisi və təyyarənin iştirakı ilə keçiriləcək təlimin Norveç sahillərində keçiriləcəyini bildirib.
Təlimin keçiriləcəyi regionla bağlı dəqiq məlumat verməyən Neller, yalnız Rusiya sərhədləri yaxınlığında olacağını işarə edərək deyib: "Əminəm ki, Rusiya tərəfindən təşəbbüslər olacaq. Amma güman edirəm ki, bu, ABŞ-ın yeritdiyi strategiyanın ciddiliyini, NATO müttəfiqlərimizin onları qorumaq üçün bizi orada görmək istədiklərini göstərir".
Müxalifət.az