NATO dünya nəhənginə qarşı hərəkətə keçdi

Baxış sayı:
5251

ABŞ rəhbərliyi Çinli qlobal telekommunikasiya nəhəngi Huawei-yə qarşı Şimali Atlantika Alyansını (NATO) hərəkətə keçirib. İngilis “Skynews” xəbər kanalı NATO-ya üzv ölkələrin potensiyal bir qadağa qərarı da daxil olmaqla, Huawei texnikasının və avadanlıqlarının istifadəsinə dair ortaq zəmin müəyyənləşdirmək məqsədilə danışıqlara başladığını xəbər verib. İttifaqın kiber təhlükəsizlik üzrə səlahiyyətlisi İan West də xəbəri təsdiqləyib. Üzv ölkələr arasında müzakirələrin başladığını bildirən West, Huawei texnologiyası ilə bağlı təhdidə dair birgə siyasətin üzv dövlətlərin özü tərəfindən müstəqil şəkildə alınacağını sözlərinə əlavə edib.
 
BEŞ GÖZ MÜHASİRƏYƏ ALACAQ
 
 ABŞ, İngiltərə, Kanada, Yeni Zelandiya və Avstraliya arasında qurulan və Beş Göz (Five Eyes) adlandırılan kəşfiyyat təşkilatı da Çini hədəf alan yeni siyasətini qlobal mühasirəyə çevirmə qərarı alıb. Kəşfiyyat təşkilatı bu çərçivədə Huawei-yə qarşı hərəkətə keçib. Beş Göz-ə üzv ölkələrin ən üst səviyyə kəşfiyyat rəsmilərinin ötən il iyul ayında Kanadada keçirdiyi iclasda Huawei-in qlobal böyüməsinin qarşısının alınmasına və Çin dövləti adına casusluq fəaliyyəti aparmaqda şübhəlilərin nəzarət altına alınmasına qərar verdiyi ortaya çıxıb. Hadisələrdən geriyə doğru baxanda, Huawei-yə qarşı təzyiqin 2018-ci ilin dekabr ayından artmağa başlaması ilə Kanadada keçirilən iclas arasında əlaqə olduğu görünür.
 
 WASHINGTON TƏZYİQİ ARTIRIR
 
Qeyd edək ki, dekabr ayında Kanada Huawei-nin maliyyə işlər direktoru (CFO) Ming Vancou-nu İrana qarşı sanksiyaları aşması ittihamı ilə nəzarətə almışdı. Yanvar ayının əvvəlində, ABŞ-ın Avropadakı yaxın müttəfiqlərindən olan Polşa, Huawei-nin ölkə nümayəndəsini və keçmiş bir Polşa kəşfiyyatının əməkdaşını casusluq ittihamı ilə həbs edərək Çinli texnologiya nəhənginə qarşı NATO və Avropa Birliyi ilə ortaq mövqe nümayiş etdirmişdi. Yanvarın sonunda isə ABŞ Ədliyyə Nazirliyi Huawei-yi "ABŞ-lı şirkətə məxsus kommersiya sirlərini oğurlamaq" və "bankları aldatmaq"la günahlandırmış və Huawei CFO-su Mıng Vancounun isə 13 ayrı cinayətdən mühakimə olunduğu bildirilmişdi.
Müxalifət.az