NATO-dan Türkiyə və S-400 açıqlaması

Baxış sayı:
2035

 NATO-nun baş katibi Jens Stoltenberq, Vaşinqtonda düşüncə təşkilatı “Heritage” Fondunda “21-ci əsrdə NATO-nun əhəmiyyəti” adlı sessiyada çıxış edib.
 
Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərini alması haqqında verilən suala Stoltenberq, “Türkiyə və ABŞ-ın bu mövzu haqqındakı anlaşmazlığı bəllidir və bu çətin durumdur" deyə, cavab verib.
Stoltenberg, “Bu məsələni dəfələrlə Ankara və Vaşinqtonla müzakirə etdim və ümid edirəm ki, bir həll yolu tapılacaq. Çünki Türkiyənin almağa qərar verdiyi Rus hava müdafiə sistemi və Türkiyənin də parçası olduğu F-35 proqramı üzərindən ABŞ-la yaşadığı münaqişə hamımız üçün çətin bir vəziyyət yaradır. ABŞ və Türkiyənin bu məsələ haqqındakı problemləri ikitərəfli danışıqlarla müzakirə etməsini məmnuniyyətlə qarşılayıram" deyə, söyləyib.
 
XƏRİTƏYƏ BAXSANIZ TÜRKİYƏNİN BÖYÜKLÜYÜNÜ VƏ ƏHƏMİYYƏTİNİ BAŞA DÜŞƏRSİNİZ
 
Türkiyənin coğrafi əhəmiyyətini və bir NATO müttəfiqi olduğunu da qeyd edən Stoltenberq, “Əgər xəritəyə baxsanız, Türkiyənin nə qədər böyük olduğunu görərsiniz. İraq və Suriyayla qonşudur və Türkiyənin DEAŞ-la mübarizədəki əhəmiyyətini başa düşərsiniz" deyib.
Türkiyənin, Suriyalılar mövzusunda göstərdiyi həssaslığa də işarə edən NATO baş katibi Stoltenberq, deyib:
“Türkiyə qaçqınlar böhranı mövzusunda da çox mühüm bir müttəfiqdir. Milyonlarla Suriyalıya ev sahibliyi edir. Egey dənizindən qeyri-müntəzəm miqrasiya axınının qarşısını almaq üçün Avropa İttifaqı və Türkiyə arasındakı müqavilənin həyata keçirilməsi mühümdür. Türkiyə ən çox terror hücumuna məruz qalan müttəfiqdir. Bəli, S-400 və F-35 məsələsində problem və çətinlik var. Dialoqu məmnuniyyətlə qarşılayıram, amma eyni zamanda Türkiyənin bütün müttəfiqlər üçün rolunu də dərk etməyimiz vacibdir".
Müxalifət.az