​NATO-dan SOS: “Rusiya Arktikada sürətlə güclənir”

Rusiya Arktikada özünün hərbi mövcudluğunu çox artırıb.
Muxalifət.az xəbər verir ki, bunu “Die Velt” qəzetinə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq söyləyib.
“Rusiya aktiv şəkildə SSRİ zamanında qapadılmış bazaları yenidən açır. Onlar Arktikaya yeni silahlar, radarlar yerləşdirirlər. Biz Rusiyanın Arktikadakı fəaliyyətini genişləndirməsini ciddi şəkildə izləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, son illər Arktika uğrunda Rusiya, ABŞ, Norveç, Çin, Kanada və İsveç arasında rəqabət güclənib. Bəzi ekspertlər Arktikada dünyanın neft ehtiyatlarının 20%-dən çox hissəsinin cəmləşdiyini və rəqabətin məhz buna görə başladığını iddia edirlər.