NATO-dan “S-400” açıqlaması: “Təzyiqlərə davam”

NATO-nun ABŞ Hava Qüvvələri komandiri Tod Valters Türkiyənin Rusiyadan alacağı “S-400” müdafiə sistemi barədə açıqlama verib.
Komandir sistemin alınmasının Türkiyənin şəxsi qərarı olduğunu deyib. Lakin o, Türkiyə hərbi qüvvələrinə NATO sistemlərinə inteqrasiya oluna bilən sistemlər almaq üçün təzyiq göstərməyə davam edəcəklərini də qeyd edib.
“Reuters” agentliyinə müsahibə verən T.Valters “S-400” sisteminin NATO-ya uyğun olmadığına bir daha diqqət çəkib:
“NATO olaraq bölgədə “S-400”ün potensialına sahib və ortaq fəaliyyət göstərə biləcək səviyyəsi olan silahlarımız var”./Publika.az/