NATO-dan Rusiyaya raket təhdidi

Baxış sayı:
2191

Çexiyanın müdafiə naziri Metnar NATO-nun Rusiyanın INF müqaviləsini pozmasına cavab olaraq Çexiyaya raket yerləşdirə biləcəyini deyib.
 
Metnar, "Bu məsələ ABŞ və Rusiya arasındakı Orta və Qısa Mənzilli Raket Müqaviləsinin (INF) başa çatmasına dair bir qərarın veriləcəyi görüşlər çərçivəsində altı ay ərzində müzakirə olunacaq".deyib.
Qeyd edək ki, ötən günlərdə əvvəlcə ABŞ, sonra da Rusiya Soyuq Müharibə dövründən qalma 1987 tarixli Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini (INF) dayandırdıqlarını açıqlamışdılar. Müqavilə mənzili 500 ilə 5500 kilometr arasında olan və qurudan havaya atılan orta mənzilli bütün nüvə və adi ballistik raketlərin qadağan olunmasını nəzərdə tuturdu.
Müxalifət.az