NATO-dan Rusiyanın Vostok-2018 təliminə münasibət

Baxış sayı:
3313

Rusiyanın Türkiyəni də dəvət etdiyi Vostok-2018 hərbi təliminə NATO-dan münasibət bildirilib.
 
Anadolu Agentliyinə açıqlama verən NATO sözçüsü Oana Lungescu, bütün ölkələrin təhlükəsizlik gücləri ilə təlim keçirmək hüququna malik olduğunu, ancaq bunun "şəffaf və proqnozlaşdırılan" bir şəkildə aparılmasının əsas əhəmiyyət kəsb etdiyini bildirib.
Rəsmilərin mayda keçirilən NATO-Rusiya Şurasında Vostok-2018 təlimini müzakirə etdiyini xatırladan Lungescu, Rusiyanın bu çərçivədə Vostok-2014-dən çox daha geniş bir təlim edəcəyi məlumatını bölüşdüyünü ifadə edib.
 
DAHA AQRESSİV RUSİYA İLƏ UYĞUN GƏLİR
 
NATO-nun Vostok-2018 də daxil, bütün Rus təlimlərini "yaxından izlədiyini" qeyd edən Lungescu, "Vostok təlimi Rusiyanın böyük miqyasda münaqişəyə diqqət yetirdiyini göstərir. Bu da son dövrdə gördüyümüz aqressiv Rusiyanın davranış qaydaları ilə uyğun gəlir; Müdafiə büdcəsini və hərbi varlığını artıran daha aqressiv bir Rusiya var" deyib.
Lungescu, Rusiyanın son dövrdə xüsusilə, Baltik Dənizi, Qara dəniz və Aralıq dənizi regionlarında ciddi bir hərbi güc topladığına diqqəti çəkərək, Ukrayna və Gürcüstandakı proseslərin fonunda Rusiyanın qonşularına qarşı hərbi güc tətbiq etməyə də hazır olduğuna işarə edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin qaynaqları, Vostok 2018 təliminin təxminən 300 min şəxsi heyətin iştirakı ilə keçiriləcəyini bildirib.
Müxalifət.az