NATO-dan raket hücumu ilə BAĞLI İLK AÇIQLAMA

Baxış sayı:
2050

NATO, ABŞ ilə İngiltərə və Fransanın Suriya rejiminin kimyəvi silah potensialını məhv etmək üçün hədəfləri vurmağa başlamasını dəstəklədiyini bildirib.
 
NATO-nun baş katibi Jens Stoltenberq verdiyi yazılı açıqlamada, ABŞ ilə İngiltərə və Fransanın Bəşşar Əsədin kimyəvi silahlarını məhv etmək üçün həyata keçirdiyi hücumu dəstəklədiyini bildirərək, "Bu hücum rejimin Suriya xalqına yeni kimyəvi hücum imkanlarını zəiflədəcək" deyə, bildirib.
Müttəfiqlərin daha əvvəl də rejimin Suriyada kimyəvi silah istifadə etməsini pislədiyini xatırladan Stoltenberq, bu cür hücumların beynəlxalq qaydaların və sazişlərin açıq bir pozuntusu olduğunu qeyd edib.
Stoltenberq, açıqlamada bu ifadələrə yer verib:
“Kimyəvi silahların işlədilməsi qəbul edilməzdir və məsuliyyətlilər hesab verməlidir. NATO, kimyəvi silahların istifadəsini beynəlxalq sülhə təhdid olaraq görür və Kimyəvi Silahlar Konvensiyasına (CWC) bağlı olması mühüm əhəmiyyət kəsb edir".
Müxalifət.az