​NATO-dan bu ölkəyə yaşıl işıq: Hazırıq

Baxış sayı:
6190

NATO Makedoniyanı yeni adla qəbul etməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli bildirib.
O qeyd edib ki, referendumda iştirak edən vətəndaşların 90 faizindən çoxunun ölkənin adının Şimali Makedoniya Respublikası ilə əvəz edilməsini dəstəkləməsi müsbət haldır və indi Makedoniya parlamenti son sözünü deməlidir.
Xatırladaq ki, sentyabrın 30-da keçirilən referendumda ölkənin ümumi seçki hüququna malik vətəndaşlarının yalnız 37 faizi iştirak edib. Onların 91,7 faizi ölkənin adının dəyişdirilməsinin lehinə səs verib. Makedoniya qanunlarına görə isə referendumun uğurlu keçməsi üçün seçki hüququna malik vətəndaşların 50 faizinin iştirakı vacibdir.