NATO-dan açıqlama: Türkiyə olmadan mümkün deyil

Baxış sayı:
3406

NATO-nun baş katibi Jens Stoltenberq, Avropanın təhlükəsizliyini Türkiyə kimi ölkələr olmadan təmin etməyin mümkün olmadığını deyib. Stoltenberqə görə, Türkiyə kimi ölkələr olmadan qitənin təhlükəsizliyini təmin etmək mümkün deyil.
 
Berlindəki “German, Atlantik Society” adlı qurumda çıxış edən Stoltenberq, Avropa Birliyi (Aİ) üzvü olmayan ölkələrin Avropanın təhlükəsizliyində mühüm rol oynadığına işarə edib.
Avropanın öz müdafiə qabiliyyətini inkişaf etdirmək istiqamətindəki səylərini məmnuniyyətlə qarşıladığını qeyd edən Stoltenberq, bunun transatlantik əlaqələri gücləndirəcək şəkildə keçirildiyi təqdirə NATO-nun da möhkəmlənəcəyini ifadə edib.
 
Türkiyə olmadan ola bilməz
 
Stoltenberg, İngiltərənin birlikdən ayrılmasından sonra NATO-nun müdafiəsinin 80 faizinin Aİ üzvü olmayan ölkələr tərəfindən qarşılanacağına diqqəti çəkib.
Türkiyənin İraq və Suriyadakı qeyri-sabitliyə qarşı mübarizə etdiyini bildirən Stoltenberq, "Avropanın təhlükəsizliyi terrorla mübarizə məsələsində əsas əhəmiyyətə malik olan Türkiyə kimi ölkələr olmadan ola bilməz” deyib.
Müxalifət.az