​NATO-dan ABŞ-a tam dəstək - Rusiya təkləndi

Baxış sayı:
6229

NATO Tramp administrasiyasının Yaxın və Orta Mənzilli raketlərlə bağlı müqavilədən (İNF) çıxmasına tam dəstək verib.
Muxalifet.az xəbər verir ki, bu barədə elə alyansın bəyanatında deyilib.
“Rusiyanın gizli sınaqları, istehsalatı və 9M729 tipli qurudan havaya raket sistemlərini meydana çıxarması və bütün bunların Avropa-Atlantika təhlükəsizliyinə təhdidi səbəbindən ABŞ belə bir addım atdı”, - deyə bildirilib.
Qeyd edək ki, M.Pompeo ölkəsinin İNF ilə bağlı öhdəliklərindən sabah imtina edəcəyini və yaxın 6 ay ərzində müqavilənin tamamilə ləğv ediləcəyini bildirmişdi.