NATO-dakı qalmaqalı İFŞA EDƏN TÜRK QADINI – MAYOR EBRU BOZQURD

Norveçdəki NATO təlimində baş verən qalmaqalı mayor Ebru Nilhan Bozqurdun ortaya çıxardığı və komandirlərini dərhal məlumatlandırdığı bildirilib. Ebru Nilhan Bozqurd, FETÖ-nun hiylələrinə qurbanı olmuş, sonradan hərbi casusluq ittihamından bəraət etmişdi.
 
NATO-dakı qalmaqalı mayor Ebru Bozqurd ortaya çıxardı
 
Norveçdəki NATO təlimində qalmaqalı mayor Ebru Nilhan Bozqurdun diqqəti ortaya çıxarıb.
“Habertürk” qəzetinin verdiyi məlumata görə, mayor Ebru Nilhan Bozqurd, təlim zamanı dövlət başçısı Rəcəb Tayyib Erdoğanın adına saxta hesab açıldığını fərq edib və bu hesab üzərindən düşmən qüvvələr arasında mesajlar atıldığını görüb.
O mesajlarda prezident Ərdoğan düşmənlə əməkdaşlıq edərək silah müqavilələri imzalayan bir insan kimi göstərilib. Təlimdə Atatürk də düşmən olaraq hədəfə qoyulub. Eyni təlimdə Donald Trampın adına da hesab açılıb, ancaq ABŞ prezidenti dost qüvvələr arasında göstərilib.
Bu təxribatı sezən mayor Ebru Bozqurd, dərhal komandirlərinə məlumat verərək, təxribatı ortaya çıxarıb.
Donanmanın ilk qadın dəniz hava taktika komandiri olan mayor Bozqurd, FETÖ-nun hiylə toruna salınan və ittiham olunan yüzlərlə zabitdən biridir. Haqqında hərbi casusluq araşdırması başlanılan Bozqurd, 5 il 10 ay həbs cəzası almışdı. İllər sürən mühakimələrdən sonra bəraət edən Bozqurd, sonda yenidən Türk Silahlı Qüvvələrinə qayıdıb.
Müxalifət.az