NATO bir daha Rusiyadan tələb etdi

Baxış sayı:
5410

NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuata açıqlamalar verən təşkilatın baş katibi Stoltenberq, toplantının əsas müzakirə mövzuları arasında Rusiya-Ukrayna arasındakı gərginlik, Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi, Orta Şərq və Şimali Afrikadan gələn təhlükəsizlik təhdidləri, Əfqanıstan və Qərbi Balkanlar olacağını deyib.
 
Rusiyanın son dövrdəki davranışlarının qeyri-sabitliyi artırdığına diqqəti çəkən Stoltenberq, bunun xüsusilə Rusiyanın Azov dənizində zor tətbiq etməsi, Ukraynalı gəmi və dənizçiləri saxlaması ilə yenidən açıq şəkildə göründüyünü deyib.
 
Dərhal azad olunsunlar
 
Stoltenberg, “NATO, Rusiyaya dərhal Ukraynalı gəmi və dənizçiləri sərbəst buraxması çağırışı edir” deyə söyləyib.
NATO müttəfiqlərinin Rusiyanın inkişaf etdirdiyi yeni raket sistemindən də narahat olduğunu və bununla Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin pozduğunu qeyd edən Stoltenberq, Rusiyaya "şəffaf və təsdiq olunan" bir şəkildə bu müqaviləyə riayət etmə çağırışını təkrarlayıb.
Müxalifət.az