NATO baş katibindən S-400 açıqlaması

Baxış sayı:
4915

NATO baş katibi Jens Stoltenberq Türkiyənin S-400 havadan müdafiə sistemi satın alması haqqında, "Hər bir NATO müttəfiqi hansı müdafiə avadanlığını alacağına özü qərar verir. Ancaq mən NATO baş katibi olaraq mümkün nəticələrdən narahatlıq duyuram" deyib.
 
NATO baş katibi olaraq mümkün nəticələrdən narahatlıq duyduğunu bildirən Stoltenberq, "ABŞ rəhbərliyi çox dəqiq şəkildə sanksiya tətbiq edəcəyini ifadə etdi. Bu məsələ həm Vaşinqton, həm də Ankaradakı görüşdə bir çox dəfə müzakirə olunub. Bir çözüm tapılması mümkün olacaq - deyə ümid edirəm. Çünki biz bir NATO müttəfiqinin digər bir müttəfiq ölkəyə sanksiya tətbiq etməsi vəziyyətindən qaçmaq istəyirik" deyib.
Müxalifət.az