NATO BAŞ KATİBİ:“”F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır”
18-04-2018 16:54
Baxış sayı:
1744
“”F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“NATO-nun bir üzvü digərinə qarşı sanksiya tətbiq edə bilməz. “F-35” təyyarələri almaq Türkiyənin haqqıdır”,- o vurğulayıb.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Volkan Bozkır bu ilin martında Vaşinqtonda keçirdiyi görüşlərdə ölkəsinin Rusiyadan “S-400”ün alınması ilə bağlı məsələni dəyərləndirdiklərini söyləmişdi: “ABŞ bunu çox əhəmiyyətli bir məsələ sayır. Xüsusilə Konqresin bunu “F-35”in satışı ilə əlaqələndirmək niyyətində olduğu hiss edilir. Onlar bildirdi ki, “S-400” alsanız, biz də Konqresdə sizə “F-35”in satılmaması haqqında qərar qəbul edərik”.