NATO Baş katibi Yens Stoltenberq: "Türkiyə bizim üçün çox vacibdir"

Baxış sayı:
6471

Şimalı Atlantika Alyansının baş katibi Yens Stoltenberq, Fransanın “Le Figaro” nəşrinə verdiyi müsahibədə Fransa prezidenti Emanuel Makronun "NATO-da beyin ölümü var" sözlərini şərh etdi. O dedi: “NATO təhlükəsizlik məsələlərində çox vacib rol oynayır. Bunun sübutu hər gün təxminən bir milyard insanın qorunması və müdafiəsinə on illərlə davamlı şəkildə sərf edilən zəhmətdir”. Muxalifet.az bu barədə "REGNUM" saytına istinadla bildirir. Türkiyənin “Anadolu Ajansı”nın verdiyi məlumata görə, Yens Stoltenberq Türkiyənin Suriyanın şimal-şərqində “Sülh mənbəyi” əməliyyatına da toxunaraq dedi: “Keçən ay Türkiyəyə səfərim zamanı bu barədə narahatlığımı ifadə etdim. Türkiyənin bütün NATO müttəfiqləri bu əməliyyatı tənqid etdilər, amma heç kim Türkiyənin bu alyansdakı yerini şübhə altına almadı. Müttəfiqlərini bazaları ilə təmin etməklə, Türkiyə İŞİD ilə mübarizədə böyük töhfə verdi. NATO qurumunda yalnız Türkiyə İraq və Suriya ilə ortaq bir sərhədi olan yeganə dövlətdir. O, 3.6 milyon qaçqın qəbul etdi. Türkiyə NATO üçün çox vacibdir. Bunu başa düşmək üçün xəritəyə baxmaq və Türkiyənin geostrateji mövqeyini təhlil etmək yetərlidir. Bu məqam, fikir ayrılığı yaşanan məsələlərin müzakirəsinə mane olmayacaq". NATO-nun baş katibi əlavə etdi: "NATO və AB bir-birinə rəqib deyillər. İkisi arasında seçim etməli olduğunuz zaman onların heç birini rəqib kimi nəzərdən keçirmək lazım deyil". Muxalifet.az