NATO Baş katibi: Rusiya Berlini vuracaq raket hazırlayıb

Baxış sayı:
7918

NATO Baş katibi: Rusiya Berlini vuracaq raket hazırlayıb
Rusiya Almaniyanın paytaxtına çata biləcək yeni orta mənzilli raket hazırlayıb.
Bu məlumat NATO Baş katibi Yens Stoltenberqin “Franfurter Algemeine Zaytunq” qəzetində dərc olunan köşəsində yer alıb.
O, yeni raketin təkcə Berlin yox, Frankfurt və Münhen kimi şəhərləri də vura biləcəyini qeyd edib: “Bu, səyyar raket sistemidir və onu rahatlıqla izləmə sistemlərindən gizlətmək olacaq”.
Stoltenberq Rusiyanın yeni raketini Avropa sərhədləri yaxınlığında yerləşdirdiyini də qeyd edib.