NATO Avropadakı qoşunlarını ABŞ-a tapşırdı

Baxış sayı:
21220

NATO özünün Avropadakı Birləşmiş Qüvvələrinin rəhbəri vəzifəsinə amerikalı general Tod Uoltersin təyin olunmasına izn verib.
Muxalifet.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında məlumat yerləşdirilib. Onun öz funksiyalarının icrasına cari ilin yazında başlayacağı vurğulanıb.
Qeyd edək ki, hazırda NATO-nun Avropadakı Birləşmiş Qoşunlarına Kertis Skaparotti rəhbərlik edir. Amerikalı general bu vəzifəyə 2016-ci ilin mayında təyin edilib.
Tod Uolters ABŞ-ın ən böyük təcrübəyə sahib generallarından biridir. O, “Səhrada Tufan” əməliyyatı, İraqın işğalı əməliyyatı və ABŞ-ın 2001-ci ildə Nyu Yorkdakı teraktına cavab olaraq Əfqanıstan, Filippin, Afrika və Pankissi dərəsində apardığı “Dağılmaz Azadlıq” əməliyyatının əsas iştirakçısı olub.