​NATO Ankaradan bunu istəyir - RUSİYA ŞOKA DÜŞƏCƏK

Baxış sayı:
4543

Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Onun sözlərinə görə, bu haqda müzakirələr NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri (aprelin 16-na nəzərdə tutulub – red.) zamanı aparılacaq.
Türkiyənin bu əməliyyata dəstək verib-verməməsinə gəlincə, Hami Aksoy kimyəvi hücumun insanlığa qarşı törədilmiş cinayət olduğunu və belə bir hücumun təkrarlanmaması üçün günahkarların cəzalandırılmalı olduğunu bildirib.
Qeyd edək ki, Suriya hakimiyyətini Duma şəhərində kimyəvi silah tətbiqində ittiham edən ABŞ prezidenti Donald Tramp dünən Rusiyanı Suriya üzrə raket zərbələrinə hazırlaşmağa çağırıb.
 “Rusiya Suriyaya atılan istənilən raketləri vurmağa söz verir. Hazırlaş, Rusiya! Çünki, onlar gələcəklər”, - Tramp qeyd edib.
Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. Ekspertlər hesab edirlər ki, hazırkı situasiya genişmiqyaslı qarşıdurma ilə nəticələnə bilər.