​NASA “yadplanetli ovçusu”nu KOSMOSA GÖNDƏRİR

Baxış sayı:
5005

NASA-nın planet kəşfi üçün hazırlanan peyki “Transitive Exoplanet Survey Satellite” (TESS) bu gün SpaceX ilə kosmosa göndəriləcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu peykin dünyadan kənardakı kəşflərdə effektli olacağı gözlənilir. Buna görə elm aləmində yeni peyk “planet ovçusu” və ya “yadplanetli ovçusu” kimi adlandırılır.
ABŞ-ın Massaçauest universiteti alimləri TESS-in istifadəyə girməsi ilə ilk 24 ayda 50 dünya böyüklüyündə, yadplanetlilərin yaşadığı planet kəşf edəcəyini ümid etdiklərini bildiriblər.
Qalaktikada dünyaya bənzəyən 200 milyard planet olduğuna diqqət çəkən alimlər peykin yeni planeti qısa zamanda kəşf edəcəyini bildirilir.