NASA kosmosdan yayımı yarımçıq kəsdi - Naməlum işıq şüası

Baxış sayı:
12265

NASA Beynəlxalq Kosmik Stansiyadakı veb-kameradan yayımlanan görüntünü yarımçıq kəsib.
Bu isə ufoloqlar və kosmik sirlərlə maraqlanan insanlar üçün gözlənilməz olub. Yayımın kəsilməyinə səbəb isə qaranlıq planetimizə doğru  istiqamətlənən işıq şüası olub. İşıq şüası o qədər fantastik olub ki, kosmosu müstəqil tədqiq edən ufoloqlar bu anı lentə alıblar və sosial şəbəkədə paylaşıblar.
Bu nədir və belə güclü şüanı planetimizə kim göndərir? Əgər kadrlara diqqətlə baxsaq, kosmosun qaranlığında diskəbənzər silueti sezmək olur. Görünür, bu şüanı bu obyekt göndərir. NASA-nın yayımı  yarımçıq dayandırması isə müzakirələrə səbəb olub.