NASA kosmosa səyahət qiymətini açıqladı... - AGENTLİK İLLİK 4 MİLYARD XƏRCİNİ ÇIXARMAQ İSTƏYİR

Baxış sayı:
2788

Amerika fəza agentliyi NASA özəl şəxslərin Beynəlxalq Fəza Stansiyasına ödənişli uçuşlarına icazə vermək niyyətində olduğunu elan edib.

Stansiyada qalmaq, o cümlədən kommunal xidmətlərdən istifadəsinin sutkalıq dəyəri bir sərnişin üçün 35 min dollar olacaq. Bu məbləğə stansiyaya və geri uçuş qiyməti daxil deyil. Sərnişinlər uçuş qiymətini ixtisaslaşmış turistik agentliklərlə ayrıca razılaşmalı olacaqlar.

Gözlənilir ki, nəqliyyat təqdim edəcək tərəflərdən biri İlon Maskın SpaceX özəl fəza şirkəti olacaq.

35 min dollar şərti qiymətdir. Faktiki qiymət isə bazarda olan tələbata müvafiq olaraq dəyişəcək.

NASA-nın təşəbbüsü Donald Tramp administrasiyasının keçən il 2024-cü ilə qədər Beynəlxalq Fəza Stansiyasının dövlət maliyyələşməsinə son qoymaq və ona kommersiyalaşmış alternativin tapılması niyyətinə cavab olaraq qiymətləndirilir. NASA nümayəndələri bildirirlər ki, onların yekun məqsədi orbital yaşayış məkanları sisteminin yaradılmasıdır.

Daha bir kommersiya fəaliyyəti Yerdə bijuteriya məsullarının satılmasıdır. NASA keçmişdə olduğu kimi hələ də öz astronavtlarına Beynəlxalq Fəza Stansiyasının alətlərinin reklamından gəlir əldə etməyi qadağan edir. Bununla bəranər, astronavtlara orbitdə çəkilən reklam çarxlarının kadr arxası montajında iştirak etməyə icazə verilib.

Daha öncə Amerika fəza agentliyi rəhbərləri fəza tədqiqatlarının kommersiyalaşması fikrinə qarşı olublar.

NASA Beynəlxalq Fəza Stansiyasına il ərzində 3 milyard dollardan 4 milyard dollara qədər vəsait xərcləyir. Düşünülmüş kommersiya layihələri isə bu məsrəflərə əhəmiyyətli hissəsinin qarşılanmasına kifayət etməyəcək.