​NASA etiraf etdi: 9-cu planet var, amma... - VİDEO

ABŞ Kosmik və Aviasiya İdarəsi (NASA) günəş sistemində mövcud olduğu ehtimal edilən 9-cu planet haqqında açıqlama verib.
Muxalifet.az xəbər verir ki, NASA hələ ki, tapılmayan, ancaq haqqında əhəmiyyətli dəlillər tapılan nəhəng planetin var olduğunu qəbul edib.
“Planet X” adlandırılan nəhəng buz planetinin Yerdən 10 qat daha ağır çəkiyə sahib olduğu və Günəşə Neptundan sonra 20 qat daha uzaq olduğu ehtimal edilir. Bu planet haqqında hələ ki, 5 dolğun sübut tapılıb.
Bu sübutlardan bəziləri 9-cu planetin Kuiper kəmərində yerləşən səma cisimləri üzərindəki cazibə qüvvəsi ilə əlaqəlidir. Həmin kəmərdəki 6 fərqli səma cismi eyni istiqamətdə ellips orbitində hərəkət edir.
Kaliforniya Texnoloji Universitetinin professoru, astrofizikaçı Konstantin Batugin 9-cu planetin görməzdən gəlindiyi təqdirdə, insanlığın daha böyük problemlərlə və suallarla qarşı-qarşıya qalacağını bildirib.
Qeyd edək ki, “Conspiracy Teoremi”ni müdafiə edənlər bir müddətdir, “Nibiru” adlı sirli bir planetin olduğunu və bu planetin Yerlə toqquşacağını, insanlığı yox edəcəyini müdafiə edirdi.
Bu iddianı yalanlayan NASA 9-cu planetin varlığını qəbul etsə də, Yer planetinə zərər vurmaq ehtimalının olmadığını deyib.
Elm adamları isə bundan sonrakı mərhələnin planeti tamamilə kəşf etmək olduğunu bildirib.