NASA-dan QORXUNC XƏBƏRDARLIQ - Yer kürəsinə 15 atom bombası gücündə cisim yaxınlaşır

Baxış sayı:
310

NASA-da fəaliyyət göstərən elm adamları dünyanı narahat edəcək bəzi açıqlamalar veriblər.
Muxalifet.az
publika.az-a istinadən xəbər verir ki, bu açıqlamalarda alimlər hər 2000 ildən bir dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda bir asteroidin Yerə çox yaxın məsafədə olduğunu deyib.
NASA, “JF1” kod adlı bu asteroidin yoluna davam edərsə, Yerə zərbə vuracağını deyib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib. 6 may 2022-ci ildə bu kosmik qayanın planetimizlə toqquşacağı, potensial olaraq bir şəhəri bir neçə saniyədə məhv edəcəyi və dağıdıcı nəticələrə səbəb ola biləcəyi proqnozlaşdırılır.
“JF1” kosmik qayasının təsirinin 250 kilometrlik TNT (partlayıcı kimi istifadə olunan kimyəvi maddə) ilə eyni təsir göstərəcəyi hesablanıb. Bu dəyər Xirosimadakı atom bombasından 15 dəfə böyükdür.
Qeyd edək ki, mövzunu diqqətdə saxlayan NASA-nın yaxın günlərdə yeni açıqlamalar verəcəyi bildirilir.