Narkotik satmaqda günahlandırılan baş redaktorla bağlı məhkəmə QƏRAR VERDİ - YENİLƏNİB

Baxış sayı:
5878

Bu gün narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Muxalifet.az-ın xəbərinə görə, Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib. Ş. Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.