Narkotik qəbul edən İran vətəndaşı Biləsuvarda ağır qəza törədib, OĞLU İLƏ ŞƏRİK OLAN HƏKİM “YÜNGÜL XƏSARƏT” DİAQNOZU QOYUB – Şikayət

Baxış sayı:
877

Cəlilabad rayon sakini Alıyev Məhəmməd Allahşükür oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə yetkili orqanlara müraciət edən M.Alıyev qəza zamanı ağır xəsarət almasına rəğmən, həkim Firdovsi Abasovun və işi aparan müstəntiq Hakim Şahbazovun”yüngül xəsarət” adı altında, qanunsuz olaraq onun işini bağlamağa cəhd etdiklərini iddai edir:
“Yazıb sizə bildirirəm ki, 02 oktyabr 2018-ci ildə öz maşınımla Bakıya gedərkən İran vətəndaşı Əli Səmid Niknamın idarə etdiyi “Hovo” markalı TIR-la Biləsuvar rayonu ərazisində toqquşaraq, qəzaya düşmüşəm. Qəza Əzizbəyov su kanalının üstündə - Bakı-Astara yolunun 110-cu km də baş vermişdir. Hadisənin baş verməsinə səbəb TIR sürücüsünün narkotik vasitə qəbul etməsi, narkoman olması və ötmənin məhdudlaşdırıdığı yerdə, yəni körpünün üstündə yüksək sürətlə ötmə manevri etməsi olmuşdur.
Qəzadan sonra maşınım yararsız vəziyyətə düşdü və mən ağır bədən xəsarətləri aldım. Əli Səmid tanınmış narkotik alverçisidir və ölkəmizdə törətdiyi ilk yol qəza hadisəsi deyil.
Hadisədən dərhal sonra mən Biləsuvar rayon xəstəxanasına aparıldım. İlk öncə sağ olduğum üçün sevindim və çox keçmədən anladım ki, mən xəstəxanada yox, həkim adı altında gizlənmiş vətən xaini Firdovsi Abasovun yanındayam. O, mənim dilimi və böyrək nahiyəmi tikdi və 500 manat verməli olduğumu dedi. Həmin vaxt tam anlaqlı olmadığım və danışa bilmədiyim üçün yanıma gələnlərdən pulu tapıb verdim.
Həmin gün Firdovsi Abasov məni xəstəxanadan çıxmağa məcbur etdi və məni zorla evə yolladı. Evə gəldikdən sonra halım pisləşdi dilimdə və başımda gematoma yarandı, boğulmağa başladım. Məni ağır vəziyyətdə Bakı Klinik Mərkəzinə çatdırdılar. Orada 10 gün müalicə aldım və müalicəmi davam etmək üçün məni Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yolladılar. Hal-hazırda burda müalicə olunuram.
19 oktyabrda işi aparan müstəntiq Hakim Şahbazov məndən hadisə haqda izahat aldı, həmin günün ikinci yarısında isə adını bilmədiyim telefonda özünü yol polisi kapitanı kimi təqdim edən bir nəfər mənə zəng edib, “bu gün məhkəmədir və səni ora aparmağı mənə tapşırıblar”, - dedi. Mən ona bildirdim ki, mən cinayətkar deyləm, məni harasa sən aparasan, məhkəmə rəsmi məktub yollasın və müalicə olunduğum haqda bildirdim. Lakin o, buna məhəl qoymadı və gəlməymi təkid etdi. Bundan dərhal sonra Hakim Şahbazov mənə zəng edib “səndə nə var e, yüngül xəsarətdir, gəl bu işi bağlayaq getsin”, - dedi. Mən işlə tanış olmaq istədikdə, “get məhkəmədə bilərsən”, - dedi.
İranlı Əli Səmid Niknam Firdovsi Abasovun bacısı oğluyla şərikdir və məhz buna görədə F.Abasov xəstəxanada verilən epiqrıza nə dilimin tikilməsini, nə belimdə şəxsən özü tikdiyi tikişləri, nə də aldığım kəllə-beyin travmasını qeyd etməyib, yalnız yüngül xəsarət aldığımı qeyd edib. F.Abasov iranlı şərikinə var gücüylə kömək edir ki, o, ölkədən çıxsın. O, Biləsuvar rayon ekspertinin rəyini də sifarişlə “yüngül xəsarət” olaraq qeyd etdirib, halbuki mən dilimdəki sinir zədələnməsinə görə ömürlük olaraq qüsurlu danışacağam.
Bu, Firdovsi Abasovun və Hakim Şahbazovun ilk cinayətləri deyil, bunlar əlbir olaraq dövlətimzin suverenliyinə, şəffaf səhiyyə sisteminə və ölkə başçımızın güvəninə xələl gətirən cinayətkardırlar. F.Abasov vətən xainidir, belə olmasaydı 20 faiz torpağı işğal altında olan dövlətdə yaşayan (həkim) dörd oğlunun üçünə saxta yolla “hərbi xidmətə yararsız” olması haqda sənəd almaz. Xahiş edirəm, nəzarətə götürün, yalnız ədalət naminə haqqın bərqərar olması üçün mənə kömək edin”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.