Narahat oldular: “Türk axlnı” bizə zərər verir

Baxış sayı:
5815

Ukraynanın "Naftoqaz" təbii qaz şirkətinin baş meneceri Kobolev bildirib ki, “Türk Axını” və “Şimal Axını-2” layihələri həyata keçirilsə, Ukrayna təbii qazın Avropaya çatdırılmasında öz mövqeyini tamamilə itirə bilər. Naftiqaz-ın təbii qaz nəqlindən əldə etdiyi gəliri xarici investorlarla paylaşaraq investorlara daha cəzbedici bir mühit yaratmasının lazım olduğunu deyən Kobolev, ““Türk Axını” və Şimal Axını-2” layihələri həyata keçirildiyi təqdirdə Ukrayna Avropaya təbii qaz nəqlindəki mövqeyini tamamilə itirə bilər. Bunun üçün Qərbli ortaqlarımızla əməkdaşlıq etməmiz lazımdır” deyə narahatçılığını dilə gətirib. Qeyd edək ki, Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk Axını” təbii qaz boru xətti hər biri illik 15.75 milyard kubmetr həcmə malik iki xəttdən ibarət olacaq. 10 milyard avroya başa gələcək olan “Şimal Axını-2” layihəsi ilə Baltik dənizindən keçməklə Almaniyaya 55 milyard kubmetr Rusiya qazının göndərilməsi planlaşdırılır. Müxalifət.az