“Nar” “Rabitə”ni dəstəkləməyə davam edir – KSM STRATEGİYASI

Baxış sayı: 168

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəstəkləməyə davam edir. Belə ki, operator tərəfindən bu idman klubuna dəstək layihəsinin ikinci mərhələsi uğurla start götürüb.  
“Nar”-ın dəstəyi ilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar “Rabitə” idman klubunda mütəmadi olaraq təşkil edilən boks təlimlərində iştirak edirlər. Gənc boksçulara “Rabitə” klubunun dünya və Avropa çempionu olmuş peşəkar boksçular təlim keçirlər. Təlimlərin keçirilməsində əsas məqsəd kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi və idmana olan marağın artırılmasıdır. Layihə çərçivəsində təlimlərdə iştirak edən uşaqların bir çoxu məktəblilər arasında keçirilən müxtəlif boks turnirlərində qızıl medallara sahib olublar.
Artıq ikinci ildir ki, “Rabitə” idman klubunun baş sponsoru olan “Nar” bu il də gənc boksçuları ən yeni idman ləvazimatları ilə təmin edib. “Nar”-ın gənc boksçulara dəstəyini yüksək qiymətləndirən “Rabitə” idman klubunun prezidenti Fərhad Acalov gənc boksçuların gələcəkdə böyük uğurlar əldə edəcəklərindən əmin olduğunu qeyd edib.
Xatırladaq ki, məşqlərdə iştirak edən uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatı və nəqliyyat “Nar” tərəfindən təşkil edilir. Bu sosial layihə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “Nar”-ın sponsorluğu ilə həyata keçirilir. “Rabitə” idman klubu 30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirir.
“Nar”-ın korporativ sosial məsuliyyət strategiyası haqqında ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir. 
Muxalifet.az