Napoleonun ailəsi haqda 7 maraqlı fakt

Baxış sayı:
312

Napoleon Bonapart bütün dövrlərin ən məşhur sərkərdələrindən biridir. Onu ailəsi Avropa tarixində əhəmiyyətli yer tutur.

Muxalifet.az bizimyol.info-ya istinadən Napoleonun ailəsi haqda 7 maraqlı faktı təqdim edir.

Letitsiya (Napoleonun anası). Letitsiya ilə Napoleonun atası Karlo Buonaparte arasında toy 1764-cü il iyunun 2-də baş tutmuşdu. Onda qadının cəmi 13 yaşı vardı. Bir il sonra dünyaya gələn oğlan uşağı erkən yaşlarında ölmüşdü. 8 övlad böyütməyi bacarmışdı. 86 yaşında vəfat edən qadın Napoleonun ölümündən 15 il sonra həyatla vidalaşmışdı.

Jozef (Napoleonun böyük qardaşı). İmperatorun 1815-ci ildəki məğlubiyyətindən sonra böyük qardaşı Jozef ABŞ-a qaçmağı bacarmışdı. Filadelfiyada “Poynt Briz” adlı yer almışdı. Bu imarət ABŞ-da Ağ Evdən sonra ikinci möhtəşəm tikili sayılırdı. Anası Letitsiya kimi o da İtaliyada vəfat edib.

Lüsyen (Napoleonun ikinci qardaşı). Lüsyen də ABŞ-a qaçmağa çalışmışdı. Onun ailəsini və xidmətçilərini ingilislər saxlamışdı. Uzun müddət Ladlouda yaşamaq lazım gəlib. Lüsyen orada çox məşhurlaşıb.

Eliza (Napoleonun böyük bacısı). Bonapart ailəsində qız uşaqlarının ən böyüyü məşhur Nikkolo Paqanini saray skripkaçısı, dirijoru təyin etməklə tarixdə qalıb. Paqaninin Elizanın sevgilisi olduğu da deyilir. Konsertlərin birində Elizanın təkid etməsinə baxmayaraq parad kostyumunu dəyişməməsi aralarında mübahisə yaratmışdı. 1813-cü ildən sonra heç vaxt görüşməyiblər. Eliza 1820-ci ildə - 43 yaşında vəfat edib.

Lui (Napoleonun üçüncü qardaşı). Hollandiya kralı olub, məhəbbət romanı yazıb. Romanını “Mariya və hollandlar” adlandırıb.

Jerom (Napoleonun kiçik qardaşı). 1805-ci ildə Napoleon Jeromu amerikalı Elizabetdən boşanmağa vadar etmişdi. Sonradan Bonapartların ən kiçik övladı dəfələrlə evlənmişdi. Jeromdan 27 yaş kiçik olan Katarina hətta 20-ci əsrdə həyatla vidalaşıb.

Mari-Luiza (Napoleonun ikinci həyat yoldaşı). Əla bilyard oynayırmış. Heç biri kişi onunla bacara bilmirmiş.