“Namizədəm, məntəqəyə buraxmırlar” - BƏXTİYAR HACIYEV / Video

Baxış sayı:
1609

Deputatlığa namizəd Bəxtiyar Hacıyev  namizəd kimi məntəqəyə buraxılmayıb.
Muxalifet.az xəbər verir ki, Bəxtiyar Hacıyev bu barədə sosial şəbəkədə özü məlumat verib.
“Namizədəm, 29-cu  Dairə Seçki Komissiyasının sədri əmr verib, məni 6 saylı məntəqəyə buraxmırlar. Seçici girə bilir, namizədi buraxmırlar” – deyə, o, bildirib.
DSK sədri Cahangir Məmmədov isə Bəxtiyar Hacıyevə tədbir keçirildiyini və  müvafiq tədbirlər nəticəsində qeydiyyatdan keçmədiyi üçün buraxılmadığını bildirib.