​Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi – Foto

Baxış sayı:
4212

Meyxanaçı Namiq Qaraçuxurlunun başına iş gəlib.
Muxalifet.az xəbər verir ki, ötən gün şadlıq saraylarının birindən çıxan N.Qaraçuxurlu avtomobilinə minmək istəyərkən ayağı sürüşüb.
Xəstəxanaya aparılan meyxanaçının ayağının 3 yerdən sındığı bəlli olub.
Bundan xəbər tutan müğənnilər Manaf Ağayev, Sevil-Sevinc Səfərovalar, Əhməd Mustafayev, Aysun İsmayılova və aparıcı Afaq gəncəli Namiq Qaraçuxurlunu xəstəxanada ziyarət edib.