Namiq Qaraçuxurlu: O qızlar məni şoka saldı - VİDEO

Baxış sayı:
1051

Məşhur meyxana ustadı Namiq Qaraçuxurlu gənc yazar Kəramət Böyükçölün meyxanaçılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib. 
Meyxanaçı açıqlamasında Kəramətin psixoloji problemlərinin olduğunu deyib:
“Onun yazdığı statusa nəzər yetirəndə yalnız iki məsələni görmək olar: özünü reklam etmək istəyi, bir də psixoloji problem. Kəramət özünü reklam edənə oxşamır. Amma psixoloji problemi olan adama oxşayır.
Mən həqiqətən də istəyirdim ki, onu başa düşüm, tənqidini anlayım və müzakirə edim. Onun sadəcə dalaşmaq niyyəti var”.
Son günlər sosial şəbəkələrdə bir-birinin ardınca narkomaniyanı təbliğ edən bayağı ifaların trend olmasından da danışan Qaraçuxurlu həmin ifaçıların həbsinə qarşı çıxıb:
“Həmin ifaçını xəbərdarlıq etmədən həbs etmək, bir gəncin həyatını korlamaq doğru deyil. Əgər ona dəfələrlə xəbərdarlıq olunubsa, o zaman təbii ki, cəzalandırılmalıdır ki, gənclərimizə ibrət olsun”. 
Namiq bayağı musiqilərə rəqs edən xanımları da unutmayıb:
“Xanımların bu mahnılara qulaq asıb, rəqs etməsi məni şoka saldı. Bunların hansına münasibət bildirəsən? Bir deyil, beş deyil. Xanımların belə etməsi doğru deyil. Bu problem mənə elə gəlir ki düzəlməyəcək”.