​Nalbəndyan Qarabağa görə Moskvaya gedir

Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Moskvaya səfər edəcək.
Bu barədə informasiyanı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Səfər sabah gerçəkləşəcək.
Səfər çərçivəsində Nalbəndyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
Qeyd edək ki, bu gün Ərdoğanla Putinin Soçi görüşündə Qarabağ problemini müzakirə edəcəyi gözlənilir./axar/