​Nalbandyan Moskvada həmsədrlərlə görüşdü

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Muxalifət.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” hesabında yazıb.
Görüşdə ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyana, Sankq-Peterburq və Cenevrə sammitlərində əldə olunmuş razılıqların həyata keçirilməsi müzakirə olunub.
Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi də müzakirə edilib.